Kreml prezidentliyə namizəd Kseniya Sobçakın Krımla bağlı fikirlərinə münasibət bildirib

Kreml prezidentliyə namizəd Kseniya Sobçakın Krımla bağlı fikirlərinə münasibət bildirib
# 25 oktyabr 2017 12:26 (UTC +04:00)

Kremldən prezidentliyə namizəd, tanınmış teleaparıcı Kseniya Sobçakın Krımla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov K. Sobçakın “Krım Ukrayna ərazisidir” fikrini məzmun, forma və beynəlxalq hüquq nöqteyi-nəzərindən düzgün olmayan bəyanat adlandırıb.

“De-yure" və "de-fakto" Krım Rusiya Federasiyasının ayrılmaz tərkib hissəsidir. Krımın kimə aid olması müzakirə mövzusu deyil", - deyə Kremlin sözçüsü bildirib.

Putinin mətbuat katibi məlum bəyanatın K. Sobçakın prezidentliyə namizəd kimi qeydiyyata alınmasına maneə olub-olmayacağı ilə bağlı suala isə belə cavab verib: "Bunu deyə bilmərəm, mən Mərkəzi Seçki Komissiyasında işləmirəm".

Peskov teleaparıcının məlum bəyanatla bağlı cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinin Kremlə aid olmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR