“Vest Bromviç” klubuna yeni baş məşqçi təyin edilib

“Vest Bromviç” klubuna yeni baş məşqçi təyin edilib
# 29 noyabr 2017 14:19 (UTC +04:00)

İngiltərənin “Vest Bromviç” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Premyer Liqa təmsilçisi Alan Pardyu ilə anlaşıb.

56 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, Pardyu qarşıdakı 2,5 il ərzində “Vest Bromviç”ə xidmət edəcək.

Klubun saytına açıqlama verən Pardyu bunları deyib: “Bizdən tələb olunan nəticəyə imza atmağa çalışacağıq. Bilirəm ki, komandanın turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmalıyam. Premyer Liqada irəliləmək lazımdı”.

Qeyd edək ki, məşqçilik karyerası ərzində “Ridinq”, “Vest Hem”, “Çarlton”, “Sauthempton” və “Nyukasl” klublarını da çalışdırmış Pardyunun son iş yeri “Kristal Pelas” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR