Azərbaycanda Folklor Studiyası yaradılıb

Azərbaycanda Folklor Studiyası yaradılıb
# 25 yanvar 2017 09:56 (UTC +04:00)

Azərbaycanda folklor nümunələrinin saxlanılması və daha geniş ictimaiyyətə çatdırılması üçün Folklor Studiyası yaradılıb.

Azərbyacan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov APA-ya bildirib ki, bu ildən studiya tam gücü ilə fəaliyyətə başlayıb: “Folklor nümunələrinin öyrənilməsi, araşdırılması sahəsində görülən işlərin bir tərəfi də mövcud materialların praktik cəhətdən işlənməsidir. Folklor materiallarının, disklərin hazırlanması, sənədli filmlərin çəkilməsivə digər məsələlər studiyada həyata keçiriləcək. Studiyanın yaradılması ilə imkanlar genişləndiyi üçün daha çox işlərin görülməsi planlaşdırılır. “Azərbaycançılıq və multukulturalizm” layihəsinin tərkib hissəsindən biri kimi studiyanın xətti ilə azsaylı xalqların zəngin folklor mədəniyyətinin, folklor ansamblarını, nümunələrinin disklərə köçürülməsi, geniş şəkildə yayılması təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR