Masallıda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Masallıda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
# 13 aprel 2018 07:49 (UTC +04:00)

Masallı rayonunda "VAZ 2107" markalı minik maşınının aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alan şəxslər rayonun Kalinovka kənd sakinləri - 1996-cı il təvəllüdlü Elvin Fərzəliyev, 1997-ci il təvəllüdlü Orxan Bağırov, 1980-ci il təvəllüdlü İnşallah Məmmədov və 1978-ci il təvəllüdlü Rəsul Calıyevdir.

Onlar təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda onların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR