“Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçiriləcək

“Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçiriləcək
# 06 dekabr 2016 14:00 (UTC +04:00)

Dekabrın 15-də Nizami Kino Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçiriləcək. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, “Həddən artıq uyğunluq” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Romantik komediya janrlı filmdə baş rolları Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR