Prezident Pakistanın ticarət nazirini qəbul edib - YENİLƏNİB

Prezident Pakistanın ticarət nazirini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 05 dekabr 2016 10:35 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.

APA-nın məlumatına görə, Pakistan prezidentinin və baş nazirinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlət başçısı hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd edib. Prezident qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrimizin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını deyib.

Öz növbəsində, qonaq baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olunub.

***

saat 11.03

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbaut xidməti məlumata yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR