“Azərlotereya” dövlət büdcəsinə ödənişlə bağlı proqnoza əməl etməyib

“Azərlotereya” dövlət büdcəsinə ödənişlə bağlı proqnoza əməl etməyib
# 04 iyun 2018 14:31 (UTC +04:00)

Ötən il “Azərlotereya” ASC 1 mln. 682 min manat proqnoza qarşı dövlət büdcəsinə 1 mln. manat vəsait ödəyib.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əks olunub.

Sənəddə qeyd olunub ki, “Azərlotereya” ASC üzrə əvvəlki illərdə olduğu kimi 2016-cı il də fəaliyyəti mənfəətlə yekunlaşıb, əldə olunan 2 mln. 691,9 min manat xalis mənfəətdən 1 mln. min manat dövlət büdcəsinə dividend ödənilərək proqnoz göstəricisi 682 min manat və ya 1,7 dəfə az icra edilib, bununla belə xalis mənfəətin digər böyük hissəsi sponsorluq xarakteri daşıyan digər istiqamətlərə xərc edilib.

"Qeyd olunanları nəzərə alaraq, Hesablama Palatası səhmləri əsasən dövlətə məxsus olan “Azərlotereya” ASC-nin Müşahidə Şurası tərəfindən ilk növbədə dövlət büdcəsi qarşısında olan öhdəliklərin vaxtında və tam həcmdə icra edilməsi istiqamətində aidiyyəti qərarların qəbul edilməsini və bunun icrasına nəzarətin gücləndirilməsinin vacibliyini bir daha vurğulayır", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR