"Moody`s": Azərbaycan iqtisadiyyatı neft qiymətlərindən asılılığını qoruyur

"Moody`s": Azərbaycan iqtisadiyyatı neft qiymətlərindən asılılığını qoruyur
# 08 sentyabr 2017 16:06 (UTC +04:00)

"Azərbaycanın kredit reytinqinin "B2" səviyyəsində, reytinq üzrə proqnozun isə stabil olması ölkə iqtisadiyyatının, maliyyə və bank sisteminin neft qiymətlərindən asılılığını əks etdirir".


"APA-Economics" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.

Agentliyin baş vitse-prezidenti və məqalənin müəlliflərindən biri Kristin Lindoun (Kristin Lindow) sözlərinə görə, neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib.

"Hökumətin Dövlət Neft Fondundan (ARDNF) böyük maliyyə dəstəyi almasına baxmayaraq, dövlət neftin aşağı qiymətlərinin təsirini yumşaldacaq fiskal siyasət üçün Fondun ehtiyatlarından məhdud dərəcədə istifadə edir. Düşünürük ki, 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul istehsalı azalacaq. Ötən illə müqayisədə bu ilin birinci yarısında ÜDM 1,4% azalıb. İnanırıq ki, il üzrə ümumi azalma elə eyni səviyyədə olacaq", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR