Allahşükür Paşazadə İordaniyaya səfər edəcək

Allahşükür Paşazadə İordaniyaya səfər edəcək
# 21 oktyabr 2016 14:06 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 22-də İordaniya Haşimilər Krallığına səfərə gedəcək. QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər İordaniya kralı Əlahəzrət II Abdullahın dəvəti əsasında baş tutacaq.

Kralın himayə etdiyi Al əl-Beyt İslam Fikri Akademiyasının 23-25 oktyabr tarixində Əmmanda keçirilən «Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru» mövzusuna həsr olunmuş XVII konfransında iştirak edəcək Akademiyanın həqiqi üzvü Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edəcək.

“Al əl-Beyt” İslam Fikri Akademiyasının dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri böyük önəm kəsb edir.

Akademiyanın fəaliyyətinə verdiyi töhfələrə görə Kral Abdullah tərəfindən 2007-ci ildə İordaniyanın ali dövlət mükafatı - I dərəcəli Kral Hüseyn ordeni ilə təltif olunmuş QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə bu Akademiyanın yaradıcılarından biridir. Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR