Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
# 27 mart 2018 10:13 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 26-da saat 23.00 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsində Abşeron rayon sakini Vüsal Quliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məqsəd Heydərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR