Hillari Klinton qərargahının əməkdaşlarının noutbukları oğurlanıb

Hillari Klinton qərargahının əməkdaşlarının noutbukları oğurlanıb
# 05 noyabr 2016 22:45 (UTC +04:00)

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton qərargahının əməkdaşlarının noutbukları oğurlanıb. APA-nın CBS telenalına istinadən verdiyi xəbərə görə, insident Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verib.

Naməlum şəxslər tərəfindən avtomobildən oğurlanmış üç komputerdə Klintonun seçki kampaniyasına dair vacib məlumatların saxlanıldığı bildirilir.

Oğurluq Hillari Klinton qərargahının əməkdaşlarının restoranda olduğu zaman baş verib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR