Külli miqdarda pirotexniki vasitənin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

Külli miqdarda pirotexniki vasitənin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb
# 22 sentyabr 2017 08:03 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin kapotunda və alt hissəsində, üzərində "Petards" yazısı olan 30 blok (hər birində 10 qutu olmaqla) pirotexniki vasitə, həmçinin üzərində "Magical candle 40 boll" yazısı olan 9 blok (hər birində 10 ədəd olmaqla) və üzərində "25 shots cake" yazısı olan 16 ədəd fişənglər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR