Bakı Metropoliteni 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb

Bakı Metropoliteni 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb
# 18 yanvar 2018 09:08 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə start verilib.

“Hər il olduğu kimi, bu il də yanvarın 20-də bütün metro stansiyalarında matəm musiqiləri səslənəcək. Qatarlarda stansiyalar barədə məlumatlar maşinist tərəfindən səsləndiriləcək. Metronun “20 Yanvar” stansiyasında isə 20 Yanvar hadisələrini əks etdirən xüsusi kompozisiya nümayiş olunacaq”, - deyə N. Paşayev vurğulayıb.

N.Paşayev qeyd edib ki, yanvarın 20-si saat 12:00-da bütün qatarlar hərəkəti dayandıracaq və bir dəqiqəlik siqnal verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR