ABŞ-da gecə klubunda atışmanın detalları məlum olub - YENİLƏNİB

ABŞ-da gecə klubunda atışmanın detalları məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 26 mart 2017 13:06 (UTC +04:00)

Bu gün ABŞ-ın Ohayo ştatında gecə klubunda atışmanın detalları məlum olub.

APA-nın “Associated-Press’ agentliyinə istinadən verdiyi məlumata görə, Tsintsinnati şəhərindəki “Kameo” gecə klubunda ən azı 2 nəfər klubdakı insanları atəşə tutub.

Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin durumu ağırdır. Polis kapitanı Kim Uilyams bildirib ki, bu, indiyə qədər gördüyü “ən pis hadisə” olub.

Olayla bağlı saxlanılanlar barədə hələ məlumat açıqlanmayıb. Hazırda polis olayla bağlı araşdırmanı davam etdirir.

***

saat 12.29

Bu gün ABŞ-ın Ohayo ştatında gecə klubunda atışma olub.

APA-nın məlumatına görə, bu barədə yerli WLWT radiosu polisə istinadən məlumat yayıb.

Hadisə Tsintsinnati şəhərindəki “Kameo” gecə klubunda baş verib. Hadisənin digər təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR