Gəncədə 5 avtomobil toqquşub

Gəncədə 5 avtomobil toqquşub
# 07 dekabr 2016 07:06 (UTC +04:00)

Gəncədə zəncirvari qəza baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Sadıx Rəhimov küçəsində “VAZ-21012” və “VAZ21099” markalı avtomobillər toqquşub. Zərbənin gücündən həmin avtomobillər yolun kənarında dayanan “QAZ-24”, “Hyundai Sonata” və “QAZel” markalı maşınlara çırpılıb. Hadisədə 1936-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR