Kolumbiyada torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb

Kolumbiyada torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb
# 26 oktyabr 2016 22:46 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 10 nəfər itkin düşüb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Boqota-Medelyin yolunda yerləşən Kopakabana bələdiyyəsində qeydə alınıb.

Hadisə yerinə 100-dək xilasedici cəlb edilib. Torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR