Mübariz Qurbanlı Fransada dini icmaların rəhbər vəzifəli şəxsləri ilə görüşüb

Mübariz Qurbanlı Fransada dini icmaların rəhbər vəzifəli şəxsləri ilə görüşüb
# 08 sentyabr 2015 14:26 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Regional Şuranın məsləhətçisi Katrin Zuberin moderatorluğu ilə keçirilən görüşdə hər iki ölkədəki dini, milli tolerantlıq məsələləri haqqında məlumat verilib.

Fransanı təmsil edən icma rəhbərləri çıxışlarında Azərbaycandakı tolerant mühitə, multikulturalizm dəyərlərinə dövlətin göstərdiyi həssas münasibət, həmçinin, Azərbaycanın bu sahədə yaratdığı model barədə məlumatlı olduqlarını vurğulayıblar. Onlardan bəziləri ölkəmizdə olduqlarını, müxtəlif tədbirlərdə iştirak etdiklərini, bilavasitə konfessiyaların nümayəndələri ilə təmasda olduqlarını qeyd ediblər. Bildiriblər ki, Azərbaycan dövlətinin, xalqının bu sahədəki nailiyyətləri və təcrübəsi nümunəvidir, digər dövlətlər də bu təcrübədən faydalanmalıdırlar. Görüşdə çıxış edən M. Qurbanlı başqa millətlərə və dinlərə belə münasibətin Azərbaycanda əsrlərlə yaşadılan bir dəyər olduğunu deyib. O, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin həmişə bu tarixi ənənəyə sadiq qaldığını, əcdadlarımızın mirası olan bu xüsusiyyətin qorunub saxlanılmasına hər zaman dəstək göstərdiyini bildirib. Komitə sədri bu dəyərlərin dünyada təbliğində Heydər Əliyev Fondunun mühüm xidmətlər göstərdiyini də vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxışlarında əsl sülh, dostluq və qardaşlıq məkanı olan Azərbaycanda özlərini tam rahat hiss etdiklərini, dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini diqqətə çatdırıblar. Onlar ölkəmizdə heç vaxt antisemitizm elementlərinin mövcud olmadığını xüsusilə vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR