Bakıda avtomobil qadını piyada zolağında vurub

Bakıda avtomobil qadını piyada zolağında vurub
# 23 oktyabr 2017 16:46 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, bu gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində "Pegout 406" markalı avtomobil yolu keçmək istəyən 40-50 yaşlı qadını piyada zolağında vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisəni törədən avtomobilin sürücüsü ətrafdakı insanların köməyi ilə qadını maşına qoyaraq xəstəxanaya aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR