Azərbaycan tütün idxalını 17% azaldıb

Azərbaycan tütün idxalını 17% azaldıb
# 16 iyul 2018 13:35 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 60 mln. 136,76 min dollar dəyərində tütün idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, məbləğ baxımından isə illik nisbətdə 12 mln. 317,49 min dollar və ya 17% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 72 mln. 454,25 min dollar dəyərində tütün idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında tütün idxalı Azərbaycanın ümumi idxalının 1,29%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR