Ermənistanda Jirayr Sefilyanın həbs müddəti uzadılıb

Ermənistanda Jirayr Sefilyanın həbs müddəti uzadılıb
# 17 oktyabr 2016 14:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda müxalifətçi Jirayr Sefilyanın həbs müddəti daha 2 ay uzadılıb.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə İrəvanın Arabkir və Kanaker-Zaytun inzibati rayon məhkəməsi qərar çıxarıb.

Xatırladaq ki, Ermənistanda müxalif hərbçi, Qarabağ müharibəsi iştirakçısı Jirayr Sefilyan barəsində ötən ilin fevralında kütləvi iğtişaş maddəsi ilə cinayət işi başlanıb. Daha bir cinayət işi isə bu ilin mayında açılıb. O, qanunsuz silah dövriyyəsində təqsirli bilinir. J. Sefilyan bu il iyunun 20-də saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR