Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb
# 11 sentyabr 2017 21:48 (UTC +04:00)

Meksika sahillərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 96 nəfərə çatıb.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 200 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.

Meksika prezidenti Enrike Penya Neto yeraltı təkanları son 100 ildə ölkədə baş verən ən böyük zəlzələ adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR