Ötən il Azərbaycanda baş verən ana ölümlərinin statistikası açıqlanıb

Ötən il Azərbaycanda baş verən ana ölümlərinin statistikası açıqlanıb
# 06 yanvar 2017 11:17 (UTC +04:00)

Ötən il Azərbaycanda baş verən ana ölümlərinin statistikası açıqlanıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova APA-ya açıqlamasında deyib ki, 2016-cı ildə qeydə alınan ana ölümlərinin sayı ötən illərlə müqayisədə azalıb. Onun sözlərinə görə, 2014-cü ildə ölkədə 27, 2015-ci ildə 25 ana ölümü baş vermişdisə, 2016-cı ildə onların sayı 22 olub. S.Məmmədova vurğulayıb ki, ötən il ölkədə hər 100 min diri doğulmaya görə ana ölümü 13,8 promillli olub və bu da son 25 ildə ən aşağı səviyyədir. O, hər 100 min diri doğulmaya görə ana ölümü 2014-cü ildə 14,6, 2015-ci ildə 14, 4 promilli olduğunu xatırladıb.

Komissiya sədri ötən il baş verən ana ölümlərinin əsas səbəblərini də açıqlayıb: “Səbəblər arasında ilk yeri preklamsiyalar tutur. Analarda yüksək təzyiq, zülal və bədəndə artıq mayenin yığılması - ödəm şəklində olması preklamsiyadan xəbər verir. Qadınlar da əksər hallarda ağır formalı preklamsiyalardan ölür. Ana ölümünün digər səbəblərinə vaxtında aşkarlanmayan ürək qüsuru, böyrək çatışmazlıqları, irsi qan xəstəlikləri və digər hallar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR