Bakı-Quba yolunun 40 kilometrlik hissəsində yararsız təhlükəsizlik sədlərinin sökülməsinə başlıanıb

Bakı-Quba yolunun 40 kilometrlik hissəsində yararsız təhlükəsizlik sədlərinin sökülməsinə başlıanıb
# 09 iyul 2018 09:11 (UTC +04:00)

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən “Şamaxı yolu” adlanan əraziyədək olan hissəsində də aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Bundan başqa, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin sökülməsi işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

"Bu səbəbdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR