Gəncədə arvadını və qayınanasını döyən şəxs tutulub

Gəncədə arvadını və qayınanasını döyən şəxs tutulub
# 28 avqust 2017 10:19 (UTC +04:00)

Gəncə şəhərində həyat yoldaşını və qayınanasını döyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 26-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində həyat yoldaşı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb, habelə evinin qarşısında dayanmış Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində ataraq gedib.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR