AzTC-də tərcüməçilərə sertifikatlar təqdim olunub

AzTC-də tərcüməçilərə sertifikatlar təqdim olunub
# 11 may 2018 13:36 (UTC +04:00)

Azərbaycan Tərcümə Mərkəzinin (AzTC) dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində keçirdiyi Seçim Turlarından (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə) uğurla keçmiş 20-dən çox tərcüməçiyə sertifikatlar təqdim olunub.

AzTC-dən APA-ya verilən məlumata görə, təqdimat mərasimini giriş sözü ilə açan Mərkəzin baş redaktoru Vilayət Hacıyev hazırkı turların, yaxın gələcəkdə keçiriləcəyi nəzərdə tutulan tərcümə akkreditəsinin ilkin mərhələsi olduğu, sertifikatlar almış mütəxəssislərin gələcək akkreditə prosesinə, artıq sınaq imtahanlarının birinci mərhələsinin qalibi kimi qatılacağı haqqında məlumat verərək bu işin il boyu mütəmadi şəkildə aparılacağını bildirib.

Sonra söz qaliblərə verilib. Çıxış edənlər tərcümə sahəsində nizam yaradacaq bu tədbirə görə minnətdarlıq ifadə edərək tərcümə işi ilə bağlı Mərkəzlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR