"Baker Hughes": TANAP-la əməkdaşlığı davam etdirməyə hazırıq

"Baker Hughes": TANAP-la əməkdaşlığı davam etdirməyə hazırıq
# 07 sentyabr 2017 14:41 (UTC +04:00)

ABŞ-ın "Baker Hughes" şirkəti TANAP layihəsinin ikinci mərhələsində də iştirak etməyə hazır olduğunu bəyan edib.


"APA-Economics" xəbər verir ki, bunu şirkətin Yaxın Şərq, Türkiyə və Hindistan üzrə rəhbəri Rami Qasem bildirib.


"Biz Türkiyəni önəmli bir tərəfdaş kimi görürük. TANAP layihəsinin birinci mərhələsində iştirak etmişik və ikinci mərhələdə də bu layihəyə dəstək verməyə hazırıq", - deyə R. Qasem qeyd edib.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAPlayihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR