Azərbaycanda qətl törətdiyi üçün axtarışa verilən şəxs Qazaxıstanda tutulub

Azərbaycanda qətl törətdiyi üçün axtarışa verilən şəxs Qazaxıstanda tutulub
# 14 oktyabr 2016 11:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Qazaxıstanda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Vüsal Rüstəmov Qazaxıstanda saxlanılıb.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR