Bank Of Baku

Azərbaycanın dövlət büdcəsinin faizlər üzrə ödəniş xərcləri kəskin azalıb

Azərbaycanın dövlət büdcəsinin faizlər üzrə ödəniş xərcləri kəskin azalıb
# 10 avqust 2021 16:43 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin faizlər üzrə ödəniş xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% və ya 61,6 mln. manat azalaraq 246,2 mln. manat icra edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında deyilir.

Faizlər üzrə ödənişlər proqnoza nisbətən 14,8% və ya 42,9 mln. manat az icra edilərək illik proqnozun 39,3%-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında faizlər üzrə ödəniş xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə may ayında çox, digər aylarda az icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR