FHN-in qurumları arasında voleybol çempionatı keçirilib

FHN-in qurumları arasında voleybol çempionatı keçirilib
# 28 oktyabr 2016 14:22 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə oktyabrın 24-28-də voleybol üzrə çempionat keçirilib.

İdman-sağlamlıq klubundan APA-ya verilən məlumata görə, FHN qurumları arasında keçirilən çempionatın ilk üç günü nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında, yarımfinal və final mərhələsi isə Azərbaycan Voleybol Federasiyasında baş tutub.

Yarışda 170-ə yaxın idmançının təmsil olunduğu 14 komanda qüvvəsini sınayıb.

Yarışın final görüşü FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin komandaları arasında olub. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yeri Dövlət Yanğından Mühafizə Xidməti, üçüncü yeri isə Qarabağ Regional Mərkəzini məğlub edən Xüsusi Riskli Xilasetmə Xidmətinin komandaları tutub.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəsmisi Bəxtiyar Mirzəliyev yarışda iştirak etmiş komandaları təbrik edib, onlara növbəti oyunlarda uğurlar arzulayıblar.

Qalib komandalara kubok, medal və diplomlar təqdim edilib.

Yarışın baş hakimi Səbuhi Əliyev olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR