Azərbaycanın sərnişin təyyarələri parkı yenilənəcək

Azərbaycanın sərnişin təyyarələri parkı yenilənəcək
# 30 dekabr 2016 12:08 (UTC +04:00)

2020-ci ilədək olan dövrdə danışıqlar aparılmaqla, “Airbus” və “Embraer” tipli köhnəlmiş təyyarələrin yenilənməsi nəzərdən keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Qeyd olunur ki, aidiyyəti qurumlar beynəlxalq və yerli təyinatlı hava limanlarının infrastrukturunun təkmilləşdirilməsi üçün qısa və uzunmüddətli planlar hazırlayacaq, o cümlədən Heydər Əliyev Beynəlxalq Hava Limanında infrastruktur imkanlarının genişləndirilməsini həyata keçirəcək. Görüləcək tədbirlərdə regionların strateji inkişaf tələbləri də nəzərə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR