Şəmkirdə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Şəmkirdə avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
# 25 yanvar 2018 17:15 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir rayonu ərazisində, Şəmkir şəhərinə istiqamətlənən yol ayrıcında baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza zamanı iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR