Türkiyədə uçqun baş verən mədəndə 5 işçinin cəsədi tapılıb, 11 nəfərin axtarışları davam edir

Türkiyədə uçqun baş verən mədəndə 5 işçinin cəsədi tapılıb, 11 nəfərin axtarışları davam edir
# 19 noyabr 2016 09:43 (UTC +04:00)

Türkiyədə Siirt rayonunun Şirvan qəsəbəsində uçqun baş verən mis filizi mədənində daha bir işçinin cəsədi tapılıb.

APA-nın “Milliyet’ qəzetinə istinadən verdiyi məlumata görə, bununla da ötən gün uçqun baş vermiş mədəndə tapılan cəsədlərin sayı 5-ə çatıb. Mədəndə uçqun altında qalan digər 11 işçi ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir.

Olayla bağlı Siirt Prokurorluğunun açdığı cinayət işi çərçivəsində mədən müdiri M.Ö. və təhlükəsizliyə cavabdeh mühəndis də daxil olmaqla, 6 nəfər saxlanılıb. Saxlanılanlar ifadələrinin alınması üçün polis idarəsinə aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR