Vyetnamda toy korteji qəzaya uğrayıb, 13 nəfər ölüb

Vyetnamda toy korteji qəzaya uğrayıb, 13 nəfər ölüb
# 30 iyul 2018 08:50 (UTC +04:00)

Vyetnamda toy kortejinin qəzaya uğraması nəticəsində nikaha hazırlaşan şəxs də daxil olmaqla, 13 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Hadisə bu gün səhər saatlarında Vyetnamın mərkəzində, Kuanqnam vilayətində baş verib. Nikaha hazırlaşan şəxs qohumları və dostları ilə birlikdə gəlinin yaşadığı şəhərə gedərkən nəqliyyat vasitəsi konteyner daşıyan maşınla toqquşub. İçərisində 17 nəfərin olduğu maşının 13 sərnişini ölüb, 4 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR