Salyanda borudan qaz sızması yanğına səbəb olub, bir nəfər yanıq xəsarətləri alıb

Salyanda borudan qaz sızması yanğına səbəb olub, bir nəfər yanıq xəsarətləri alıb
# 15 noyabr 2017 10:02 (UTC +04:00)

Salyan rayonunda borudan sızan qazın alışması nəticəsində 3 m² sahədə ağac qırıntıları yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Qaz xətti və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR