Bakıda mağaza, Masallıda isə avtomobil yanıb

Bakıda mağaza, Masallıda isə avtomobil yanıb
# 21 oktyabr 2017 21:31 (UTC +04:00)

Bakıda və Masallıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan ikimərtəbəli mağazada baş vermiş yanğın nəticəsində zirzəmidə 15 ədəd karton taralara yığılmış su filtrləri, zirzəminin lambirdən ibarət tavanı 12 m2 sahədə, mağazaya bitişik ümumi sahəsi 40 m2 olan anbarın yanar konstruksiyaları və ərazidə 6 ədəd şam ağacı yanıb. Yüksək temperaturdan yaxınlıqdakı marketdə 1 ədəd kondisioner və generator əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Qasımlı kəndində "VAZ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR