Salyanda avtomobili aşıran sərxoş sürücü xəstəxanada ölüb - YENİLƏNİB

Salyanda avtomobili aşıran sərxoş sürücü xəstəxanada ölüb  - <span style="color: red;">YENİLƏNİB
# 25 iyul 2018 02:45 (UTC +04:00)

Salyanda avtomobilin aşması nəticəsində ağır xəsarət alan sürücü ölüb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq ağır kəllə-beyin travması alan rayonun Qarabağlı kənd sakini 1968 il təvəllüdlü Atayev Çingiz Səbzalı oğlu Şirvan Şəhər Xəstəxanasında keçinib.

Qeyd edək ki, Ç.Atayev sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21011” markalı avtomobili Gomuşlu kəndi ərazisində aşırıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsi araşdırma aparır.

*** 22.46

Salyanda avtomobil aşıb, sürücü ağır xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Qarabağlı kənd sakini 1968 il təvəllüdlü Atayev Çingiz Səbzalı oğlu Gomuşlu kəndi ərazisində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21011” markalı avtomobili aşırıb. Ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsi araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR