Elmar Məmmədyarov Macarıstana səfər edəcək

Elmar Məmmədyarov Macarıstana səfər edəcək
# 21 iyul 2017 14:02 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də Macarıstanda rəsmi səfərdə olacaq.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarov Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, habelə digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

P. Siyarto ilə görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, 3-4 noyabr 2014-cü ildə P. Siyarto Azərbaycana rəsmi səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR