Nursultan Nazarbayevin imzaladığı “Qazaxıstanın 100 siması” siyahısına azərbaycanlının da namizədliyi qeydə alınıb

Nursultan Nazarbayevin imzaladığı “Qazaxıstanın 100 siması” siyahısına azərbaycanlının da namizədliyi qeydə alınıb
# 04 sentyabr 2017 08:58 (UTC +04:00)

Prezident Nursultan Nazarbayevin ölkəsinin Sovet İttifaqından sonra müstəqillik dövrü üçün “Qazaxıstanın 100 siması” adlı siyahsının tərtib olunması ilə bağlı sərəncam imzalayıb, siyahıya azərbaycanlının da namizədliyi qeydə alınıb. APA-nın məlumatına görə, bu, Qazaxıstan vətəndaşı, Qazaxıstandakı Azərbaycan diaspor fəallarından “Heydər” Mərkəzinin rəhbəri Bəhruz Axundovdur.

B. Axundov bildirib ki, Qazaxıstan prezidenti bunu “Gələcəyə Baxış: İctimai şüurun müasirləşdirilməsi" adlı layihə çərçivəsində imzalayıb. Layihədə Qazaxıstanın müstəqillik dövründə xidməti olan ölkə vətəndaşlarının fəaliyyətləri əks olunacaq, qiymətləndiriləcək.

Qeyd edək ki, əslən Azərbaycanın Xocavənd rayonundan olan B. Axundovun ailəsi uzun müddətdir Qazaxıstanda yaşayır və ölkənin ictimai siyasi həyatında fəal rol oynayırlar. Onun rəhbərlik etdiyi “Heydər” mədəniyyət mərkəzi Qazaxıstandan etnik gəncləri ətrafında birləşdirən. ən fəal təşkilatlardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR