Məhkəmə hakimi vəzifəsini tutmağa dair şərtlər dəyişdirilib

Məhkəmə hakimi vəzifəsini tutmağa dair şərtlər dəyişdirilib
# 28 oktyabr 2016 14:20 (UTC +04:00)

Azərbaycanda məhkəmə hakimi vəzifəsini tutma ilə bağlı qaydalarda və tələblərdə dəyişiklik edilib.

APA-nın məlumatına görə, “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-cü (Hakim vəzifəsinə namizədlərə aid tələblər) və 93-3-cü (Hakim vəzifəsinə namizədlərin seçilməsi) maddələrinə əlavə və dəyişikliklərə dair təkliflər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 93-cü maddəyə təklif edilən əlavə və dəyişikliyə əsasən, “hakim adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilmiş” sözləri “barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş” sözləri ilə əvəzlənir.
93.3-cü maddəyə isə qanunun 96-cı (Hakimlərin səlahiyyət müddəti) maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslərin 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün keçirilən imtahanlarda iştirakına qadağa qoyulması ilə bağlı dəyişiklik edilməsi təklif olunur.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR