Vüsal Qasımlı: "Bu il aqrar sığorta mexanizmi tam hazır olacaq"

Vüsal Qasımlı: "Bu il aqrar sığorta mexanizmi tam hazır olacaq"
# 06 oktyabr 2017 08:55 (UTC +04:00)

"Bu il aqrar sığorta mexanizmi tam hazır olacaq və strateji yol xəritəsində nəzərdə tutulan müddətdə də tətbiq olunacaq".

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, aqrar sığorta ilə bağlı ən yaxşı dünya təcrübəsi nəzərə alınıb: "Düşünürəm ki, qısa müddətdə aqrar sığorta haqqında qanunvericiliyin qəbulu bu sahədə dünyanın ən yaxşı təcrübələri əsasında sığortanın inkişafına öz töhfəsini verəcək. Bu sahədə əsas məsələ dövlətin roludur ki, dövlət də bu prosesdə rol oynayacaq. Beləliklə də iqlim risklərindən asılı olan kənd təsərrüfatı sığortalanacaq. Bu da maliyyə-kredit resurslarına imkan verəcək ki, öz vəsaitlərini daha aşağı risklə kənd təsərrüfatı istehsalçılarına yönəltsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR