Bakıda oğurluq edən şəxslər tutulub

Bakıda oğurluq edən şəxslər tutulub
# 21 oktyabr 2017 10:11 (UTC +04:00)

Bakıda şirkət və evdən oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayon 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 16-da Səngəçal qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 700 metr kabeli oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Vəli Vəliyev tutulub.

Nəsimi RPİ 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə oktyabrın 16-da rayon ərazisindəki evlərdən birindən 1800 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Şirinov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR