Gəncədə 11 evdən oğurluq edən şəxs saxlanılıb

Gəncədə 11 evdən oğurluq edən şəxs saxlanılıb
# 20 sentyabr 2017 10:05 (UTC +04:00)

Gəncədə 11 evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-avqust ayları ərzində rayon ərazisindəki 11 evdən məişət əşyaları, inşaat materialları və 70 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR