Gürcüstan prezidenti Şahin Mustafayevi qəbul edib

Gürcüstan prezidenti Şahin Mustafayevi qəbul edib
# 28 oktyabr 2016 11:33 (UTC +04:00)

Bu gün Gürcüstan prezidenti Georgi Marqvelaşvili və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev arasında görüş olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti iki ölkə arasında əlaqələrin iqtisadi-siyasi sahədə inkişaf etdiyini vurğulayıb.

Öz növbəsində Ş. Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin salamını gürcüstanlı həmkarına çatdırıb. O, Gürcüstanda keçirilən demokratik seçkilər münasibətilə Gürcüstan prezidentini təbrik edib. Ş. Mustafayev prezidentin diqqətinə çatdırıb ki, gürcüstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.

Daha sonra tədbir jurnalistlər üçün qapalı şəraitdə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR