“Azərsu”: Tovuzda su qıtlığı yaranacağı təqdirdə köhnə su xətti bərpa edilib istifadəyə veriləcək

“Azərsu”: Tovuzda su qıtlığı yaranacağı təqdirdə köhnə su xətti bərpa edilib istifadəyə veriləcək
# 05 iyun 2018 16:23 (UTC +04:00)

Su qıtlığının qarşısını almaq üçün yeni alternativ su mənbələri inşa edilir.

APA-Economics”in məlumatına görə, bunun "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hesablanmış su mənbələrinin 2030-cu ilə qədər istifadə olunması nəzərdə tutulsa da, qlobal istiləşmə bu mənbələrdə su qıtlığının yaranmasına səbəb olub: “Bununla əlaqədar olaraq Gədəbəy, Tovuz, Lerik və Şamaxıda alternativ su mənbələri yaradılır. Gədəbəy və Lerikdə su mənbələrinin yaradılması işləri yekunlaşmaq üzrədir. Lakin Şamaxıda layihə geniş olduğu üçün burada işlər ilin sonuna qədər yekunlaşdırılacaq".

Q. Hüseynov qeyd edib ki, Tovuzda alternativ su mənbəyinin yaradılması işləri yubandığından su qıtlığı yaranacağı təqdirdə, orada yerləşən köhnə su xətti bərpa edilib müvəqqəti istismara veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR