Əlillər üçün Fərdi Reabilitasiya Prorqamı hazırlanacaq

Əlillər üçün Fərdi Reabilitasiya Prorqamı hazırlanacaq
# 24 yanvar 2018 15:15 (UTC +04:00)

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı xüsusi dövlət proqramı hazırlanır.

APA-nın məlumatına görə, bu, yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində ayrıca maddə (maddə 11. Fərdi Reabilitasiya Prorqamı) kimi əks olunub.

Layihədə bildirilir ki, əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə Fərdi Reabilitasiya Proqramı (FRP) tərtib olunur.

FRP-nın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Proqramda uşaqların erkən, habelə sonrakı yaş həddində sosial psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qanuni nümayəndəsinin iştirakı təmin edilir.

Maddədə bildirilir ki, dövlət müəssisələri, idarələri və təşkilatları FRP-nın icrasını təmin etməlidir.

Qanun layihəsi Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin yanvarın 25-də keçiriləcək iclasında müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR