ABŞ Konqresi “Obamacare” səhiyyə islahatının ləğvinə səs verib

ABŞ Konqresi “Obamacare” səhiyyə islahatının ləğvinə səs verib
# 14 yanvar 2017 01:17 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası Barak Obamanın səhiyyə islahatı olan "Obamacare”-in ləğvi üzrə prosesin başlanmasının lehinə səs verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qərarın lehinə 227, əleyhinə isə - 197 səs verilib.

Bir gün əvvəl ABŞ Senatı səhiyyə islahatının ləğvinə dair qərar qəbul edib.

Yanvarın 4-də ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib ki, Donald Trampın prezident vəzifəsində atacağı ilk addım “Obamacare” kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq. Donald Tramp Obamanın islahatlından imtina edərək daha az xərc tələb edən səhiyyə sistemi qurmaq niyyətindədir. Barak Obamanın mətbuat katibi Coş Ernest isə bildirib ki, islahatın ləğvi ölkədə xaos yaradacaq.

Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR