Rusiya XİN: Suriyanın güc tətbiqi ilə hədələnməsi BMT Nizamnaməsinin kobud pozulmasıdır

Rusiya XİN: Suriyanın güc tətbiqi ilə hədələnməsi BMT Nizamnaməsinin kobud pozulmasıdır
# 12 aprel 2018 15:36 (UTC +04:00)

"ABŞ və Fransa tərəfindən Suriyaya qarşı güc tətbiqi ilə bağlı təhdid BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında bildirib.

"Ən yüksək səviyyədə ABŞ və Fransa prezidentləri tərəfindən sərt təhdidlər səsləndi. Qeyd etmək istəyirəm ki, BMT üzvü olan ölkəyə qarşı güc tətbiqi ilə bağlı təhdidin özü bu təşkilatın Nizamnaməsinin kobud şəkildə pozulmasıdır", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR