Mahmud Mәmmәdquliyev: "Aİ-nin "Şәrq tәrәfdaşlığı" ölkәlәrinә indiki yanaşması daha düzgündür"

Mahmud Mәmmәdquliyev: "Aİ-nin "Şәrq tәrәfdaşlığı" ölkәlәrinә indiki yanaşması daha düzgündür"
# 14 may 2015 18:54 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. "Avropa İttifaqının "Şәrq tәrәfdaşlığı" ölkәlәrinә indiki yanaşması daha düzgündür". Bunu APA-nın Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın qurumun “Şərq Tərəfdaşlığı” ölkələri ilə yeni formatda əməkdaşlıq barәdә düşünmәsi ilә bağlı sualına cavabında Azәrbaycanın xarici işlәr nazirinin müavini Mahmud Mәmmәdquliyev deyib.

“Onlar hamını әvvәl bir istiqamәtdә görürdülәr. İndi isә fәrqlәndirmә siyasәtinә başlayıblar. Bu, ölkәlәrin öz maraqları әsasında olmalıdır. Belә bir yanaşma irәli sürülüb. Ancaq bu hәlә sözdәdir. Bu istiqamәtdә müzakirәlәr gedir. Bu tәsdiqlәnsә, onlar hәr bir ölkәnin maraqlarına uyğun әlaqә yaradacaqlar", deyə Mahmud Mәmmәdquliyev bildirib.

Riqada keçirilәcәk "Şәrq tәrәfdaşlığı" sammitindәn danışan nazir müavini sammitin sonunda bәyannamәnin imzalanacağını deyib: "Azәrbaycanın hansısa sәnәdi imzalaması nәzәrdә tutulmur. Biz istәyirik ki, Avropa İttifaqı ilә yeni, daha yüksәk sәviyyәdә әmәkdaşlığımız olsun. Necә ki, enerji sahәsindә әmәkdaşlığımız var. Ancaq bununla bağlı konkret tәklif irәli sürülmәyib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR