Bakıda iki avtomobil toqquşub, qadın ölüb

Bakıda iki avtomobil toqquşub, qadın ölüb
# 13 mart 2020 09:58 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Şəhər sakini Anar Yaqubovun idarə etdiyi "Mercedes" markalı avtomobillə həmyerlisi Eldar Məmmədovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2106" markalı avtomobilin sərnişini Süzənbər Abbasova xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR