Audiovizual media subyektləri olan platforma, multipleks və infrastruktur operatorlarına dair tələblər məlum olub.
APA-nın məlumatına görə, bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, platforma operatoru lisenziya əsasında fəaliyyət göstərəcək. Sadə platforma operatoru yalnız bir üsulla, universal platforma operatoru isə eyni zamanda 2 və daha çox üsulla retranslyasiya həyata keçirə biləcək. Platforma operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirəcək. Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir. Platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan ödəniş tələb edə bilməz. Platforma operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər. Platforma operatorunun fəaliyyətində Audiovizual Şura tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir. Platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Audiovizual Şuraya təqdim etməlidir.
Multipleks operatoru üçün radiotezlik (radiotezliklər) onun istifadəsinə Audiovizual Şura tərəfindən keçirilən müsabiqə əsasında veriləcək. Müsabiqənin qalibi eyni zamanda multipleks operatoru üçün müvafiq lisenziya əldə etmiş sayılacaq. Növbəti radiotezlik (radiotezliklər) əldə etmək istəyən multipleks operatoru radiotezliyin (radiotezliklərin) verilməsinə dair müsabiqədə iştirak etməlidir. Bu müsabiqənin nəticəsində qalib olmuş multipleks operatoruna yenidən lisenziya verilməyəcək. Multipleks operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirəcək. Multipleks operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər. Multipleks operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir. Multipleks operatorunun fəaliyyətində Audiovizual Şura tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Audiovizual Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir. Multipleks operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Audiovizual Şuraya təqdim etməlidir.
İnfrastruktur operatoru isə Audiovizual Şuranın qərarı ilə ayrılmış radiotezlikdən (radiotezliklərdən) istifadə edəcək. İnfrastruktur operatoru yerüstü yayımçının proqramlarının retranslyasiyasını təmin etməlidir. İnfrastruktur operatoru yerüstü ümumölkə yayımçısının ölkə üzrə, yerüstü regional yayımçının isə müvafiq region üzrə yerüstü yayımının təmin olunması üçün yerüstü yayımçı ilə müqavilə bağlayacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqı alacaq. İnfrastruktur operatoru istifadəçilərə ödənişli retranslyasiya xidməti göstərə bilməz. İnfrastruktur operatoru multipleks və platforma operatorlarına, həmçinin peyk operatoruna siqnalın ötürülməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqı almaqla həyata keçirəcək.
Platforma, multipleks və infrastruktur operatorlarına dair tələblər məlum olub
Media
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
Bakıda AQEM Media Forumu keçirilib - FOTO - YENİLƏNİB
AQEM-in Baş katibi: Media forumu anlaşmaya aparan körpülərin qurulmasına xidmət edir
Prezidentin nümayəndəsi: Media Azərbaycanın AQEM-ə sədrliyinin gündəliyində prioritetlərdən biridir
Xəbər Lenti
Putin: Rusiya kiməsə hücum etməyə hazırlaşmır
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Britaniya səfiri İran XİN-ə çağırılıb
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb
Peskov: Rusiya Avropaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır
Türkiyənin Soma kömür mədənində uçqunda bir nəfər ölüb - YENİLƏNİB
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb - VİDEO
İnam Kərimov: Azərbaycanda hakimlərin sayını 800 nəfərə çatdırmaq niyyətindəyik
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - YENİLƏNİB-3
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
"Reuters": İran ABŞ-ın mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - VİDEO
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Ronaldonun Portuqaliya yığmasında geyindiyi 7 nömrəli forma Rafael Leaoya verilib
“Azneft” küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib
Azad edilmiş ərazilərdə ötən ay 900-dən çox mina, 4525 partlayıcı sursat aşkarlanıb
Rusiya səfiri Moldova XİN-ə çağırılıb
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Sentyabrda havanın temperaturu normadan yuxarı olub
BDYPİ hava proqnozu ilə əlaqədar sürücülərə müraciət edib
Prokurorluq: Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır
Türkiyənin müdafiə naziri: Ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq
Fransada etirazlarda məktəblər yandırılıb, saxlanılanların sayı 600-ü ötüb
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
Avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
Gürcüstan hökuməti Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyini artırır
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub - FOTO
Azərbaycanda hazırlanan lazer sistemi hava hədəflərini aşkarlaya və zərərsizləşdirə bilir - FOTO
Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür
Britaniyanın müdafiə üzrə dövlət naziri Azərbaycanla əməkdaşlığın daha da dərinləşəcəyinə əmindir
Yaşar Gülər: İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
Azərbaycan, Rusiya və Çin hərbi prokurorluqları arasında əməkdaşlıq müzakirə edilib
Zakir Həsənov: Birgə təlimlər şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə töhfə verir
Britaniya anti-Azərbaycan mövqeli gürcü politoloqa sanksiya tətbiq edib
MM-in şöbə müdiri: Dövlət qulluqçularının fəaliyyətini davam etdirməsi üçün imtahan vermələri tələb olunmayacaq - EKSKLÜZİV
Britaniya Rusiyanın Arktik qazdaşıyan tankerlərinə sanksiya tətbiq edib
Zaqatalada hissedilən zəlzələ olub - YENİLƏNİB
TAP ilə indiyədək 61 mlrd. kubmetrdən artıq Azərbaycan qazı çatdırılıb
"ADEX 2026"da MSN-in istehsalı olan 130 adda məhsul nümayiş olunur
KİV: Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutuna dron zərbəsi endirib